Dünya

Dövlət Departamenti: Pentaqon sənədlərinin sızması ABŞ-ın Ukraynaya dəstəyinə təsir etməyəcək

Bazar ertəsi Dövlət Departamenti bildirib ki, ötən həftə sızan Pentaqona dair məxfi sənədlər ABŞ-ın Ukraynaya dəstəyinə təsir etməyək.

«… .Biz Rusiyanın amansız təcavüzündən sonra Ukraynaya lazım olduğu qədər dəstək verməyə davam edəcəyik”, – gündəlik brifinqdə mətbuat katibinin müavini Vedant Patel deyib.

Son on ildə Amerika hərbçilərindən İnternetə ən böyük məlumat sızması Ukraynanın müharibədəki strategiyası və bu yaz gözlənilən əks- hücum ərəfəsində digər kəşfiyyat bilgilərinə dair məxfi informasiyanı ehtiva edirdi.

Bayden administrasiyası hələ də açıqlanan sənədlərin etibarlılığını yoxlayır. “Müdafiə Nazirliyi işi Ədliyyə Nazirliyinə verib, o da cinayət işi açıb”, -Patel deyib.(Turan)

Bənzər yazılar

Back to top button