İqtisadiyyat

Nazirliyin 15 milyonluq tenderini bu şirkət uddu – Vergi borcu da var

Elm və Təhsil Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Element YT” Qapalı Səhmdar Cəmiyyəti olub.

Yeniavaz.com xəbər verir ki, nazirliyin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması xidmətinə görə “Element YT” QSC-yə 15 milyon 144 min 749 manat 40 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 2 min manat nizamnamə kapitalı olan “Element YT” QSC-nin qanuni təmsilçisi Paşayev Mətləb Allahverdi oğludur. Şirkət 16 yanvar 2019-cu ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, ötən günə (7 oktyabr) olan məlumata görə, “Element YT” QSC-nin dövlət büdcəsinə 226 manat 13 qəpik vergi borcu var.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.

Bənzər yazılar

Back to top button