Sağlamlıq

Siyavuş Novruzov da gömrükdən şikayətləndi

“Ölkədə dərman vasitələrinin qiymətlərinin artması məsələsi aktualdır”.

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov belə deyib.

O deyib ki, xaricdən dərman gətirən vətəndaşların gömrükdə problemlə üzləşir: “Vətəndaşlar özləri üçün xaricdən ucuz qiymətə dərman vasitələri gətirir. Amma gömrükdə insanların özü üçün gətirdikləri dərmanlara da maneəçilik törədilir. Adam xəstədir, özünə dərman alıb gətirir. Həmin dərmanı öz istifadəsi üçün gətirir, satmağa deyil. Amma problemlə üzləşir. Burada niyə problem yaranmalıdır?”.

Bənzər yazılar

Back to top button