GündəmSiyasət

Ermənistan parlamentində hesab edirlər ki, əraziyə keçən azərbaycanlı əsgərlər azıblar

Ermənistanda Naxçıvan ərazisindən ölkəyə keçən ikinci azərbaycanlı hərbçinin axtarışı davam edir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, onun əlavə məlumatı yoxdur, “Sputnik-Armeniya” bildirib.

Aprelin 11-də gecə Sisian icmasının Bnunis kəndində azərbaycanlılar gözə dəyib, yerli sakinlər polis çağırıblar. Sonradan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib və bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu tapılıb və saxlanılıb, digərini isə axtarırlar. Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda iki hərbçinin azaraq itkin düşdüyünü bildirmişdi.

Əsgərlərin Naxçıvandan Ermənistan ərazisinə keçməsini şərh edən hakim partiyanın deputatı, müdafiə məsələləri komissiyasının rəhbəri Andranik Köçəryan deyib ki, sərhəd “qapı deyil ki, açıb içəri buraxasan”, söhbət mürəkkəb relyefdən və geniş ərazidən gedir. Eyni zamanda Köçəryan azərbaycanlıların təxribat, pozuculuq fəaliyyəti üçün Ermənistana keçdiklərini düşünmür. Sadəcə, hərbi hissədən qaçıblar və azıblar.

Noyabrın 10-da Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan ordusunun iki hərbi qulluqçusu Naxçıvanın Şahbuz rayonunda itkin düşüb.

Mənbənin məlumatına görə, hərbi qulluqçular əlverişsiz hava şəraitinə görə yolda azıblar. İtkin düşənlərin axtarışı üçün lazımi tədbirlər görülür, nazirlik bildirib.(Turan)

Bənzər yazılar

Back to top button