Cəmiyyət

Nazir Herbari Fondu ilə bağlı məsələyə aydınlıq gətirdi

Botanika İnstitutunun qeyd olunan Herbari Fondu çox dəyərlidir. Heç bir şəkildə nə nazirlik, nə də Bakı Şəhər İcra Hakimiyyəti bu herbarilərin bu və ya digər şəkildə məhv olması və ya təhlükə altına düşməsini istəyir.

AzToday.az APA-ya istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, hazırda orda təmir işləri getdiyi üçün və yerinin dəyişməsi məsələsi gündəmdə olduğuna görə, bunun prosedurlara uyğun şəkildə aparılması planlaşdırılır:

“Təbii ki, bu haqda daha geniş məlumat olduğu təqdirdə, ictimaiyyətə daha dəqiq məlumat verə bilərik. Lakin iki məsələni xüsusi vurğulamaq istəyirəm ki, bu, proses heç bir halda orada çalışan işçilərin ixtisarı və ya işdən çıxarılması, həmçinin dəyərli eksponatların korlanması, onlara zərər dəyməsi anlamına gəlmir. Biz dövlət qurumları olaraq bu işdə nə qədər ehtiyatlı olmalı olduğumuzu anlayırıq. Hazırda onların hara köçürülməsi sualı var. Amma hansı formada köçürülməsi istiqamətində müzakirələri daxildə aparırıq”.

Bənzər yazılar

Back to top button