Siyasət

İran hakimiyyəti Fərid Səfərlinin barəsində susmağa davam edir

İranın Bakıdakı səfirliyi bu ölkədə itkin düşmüş vətəndaş Fərid Səfərlinin taleyinə hələ də aydınlıq gətirməyib. Bu barədə Turan-a gəncin anası Dilarə Əsgərova bildirib.

«Aprelin 7-də qardaşım İran səfirliyində olub. Ona deyiblər ki, Fərid barədə hər hansı məlumat yoxdur”. Halbuki, əvvəllər səfirlikdə məni əmin etdilər ki, aprelin 4-dək bizə Fərid haqqında məlumat verəcəklər”, – Əsgərova deyib.

Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi Səfərlinin taleyini aydınlaşdırmaq üçün iki dəfə – martın 9-da və 28-də İran səfirliyinə nota göndərib, lakin hələlik cavab yoxdur.

Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli Almaniyada təcrübə zamanı tanış olduğu qızla görüşmək üçün fevralın 20-də İrana gedib.

Martın 4-dən Səfərli ilə əlaqə kəsilib.

Martın sonunda anası oğlunu axtarmaq üçün İrana gedib. Ancaq mümkün olmayıb.

Martın 31-də Azərbaycana qayıdan Dilarə Əsgərova İran səfirinin müavininin qəbulunda olub. Sonuncu vəd edib ki, aprelin 4-dək Səfərlinin anasına məlumat verəcək, lakin bunu etməyib.

Bənzər yazılar

Back to top button