Hadisə

Bakıda yaşayış binasının damında əlavə mərtəbə tikilir – İddia + Video

Bakıda istifadədə olan yaşayış binasının damında əlavə mərtəbə tikilir.

AzToday.az Xezerxeber.az-a istinadla xəbər verir ki, layihədə 19 mərtəbəlidir, amma indi 20-ci mərtəbə də tikilir.

Bu iddia ilə Bakıda çoxmərtəbəli binalardan birinin sakinləri çıxış ediblər.

”Main” MTK-nın 2012-ci ildə inşasına başladığı və 2015-ci ildə təhvil verdiyi bina Yasamal rayonunda, Bakı dairəvi yolun kənarında yerləşir.

İddialara görə, şirkət 80-dən çox ailənin yaşadığı binanın damını satıb və orada qanunsuz tikinti işləri aparılır.

Sakinlər tərəfindən çəkilən kadrlardan da aydın olur ki, damda söküntü işləri aparılıb və çıxan tullantılar da qalaq-qalaq yığılıb.

Məsələ ilə bağlı ”Main” MTK-nın sədri Pərviz Hüseynov deyib ki, 42 kv/m qeyri-yaşayış sahəsi müqavilə əsasında satılıb. Bildirib ki, müqaviləyə əsasən həmin şəxs orada kiçik bir saxlanc yeri tikə bilər.

Tikini şirkətinin rəhbəri ələvə edib ki, layihəyə müdaxilə edən şəxslə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də məlumat veriblər.

Komitədən verilən məlumata görə, sözügedən MTK-ya məxsus 33-cu binanın texniki mərtəbəsində təxminən 330 kvadrat metrlik sahədə tikinti işlərinin aparılması faktı aşkar edilib. Müvafiq icazə sənədi olmadan aparıldığı üçün aidiyyəti qurumlar tərəfindən inşaatın qarşısı alınıb.

Ətraflı videomaterialı təqdim edirik:

Bənzər yazılar

Back to top button