GündəmManşetÖnə çıxanlarSiyasət

RATİ 5 jurnalist daxil olmaqla, bütün siyasi məhbusların azadlığa buraxılmasına çağırıb

16 mart əfvi siyasi məhbuslar problemini həll etmədi, çünki fəalların çoxu hələ də həbsdədir, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu (RATİ) bildirib. RATİ jurnalistlər Əfqan Muxtarlı, Seymur Həzi, Araz Quliyev, Ziya Əsədli və Elçin İsmayıllı daxil olmaqla, bütün siyasi məhbusların azadlığa buraxılmasına çağırıb.

“Azərbaycan hakimiyyəti qanunsuz həbs edilmiş onlarla fəaldan 50-ni azad etməklə həbsxanalarda yeni siyasi məhbuslar üçün yer hazırlayır”, – RATİ-nin direktoru Emin Hüseynov hesab edir.

RATİ bütün siyasi məhbuslar azad edilməyənə və dövlət bütün əsas insan hüquqlarına zəmanət verməyənə qədər Aİ-ni təşkilat və Azərbaycan arasında strateji əməkdaşlıq haqqında müqavilə ətrafında bütün danışıqları dayandırmağa çağırır.

“Azərbaycanın beynəlxalq tərəfdaşları bütün siyasi məhbusların azad olunmasını və vətəndaş cəmiyyətinə qarşı repressiyaların dayandırılmasını tələb etməlidir”, – təşkilatın bəyanatında deyilir.

Bənzər yazılar

Back to top button