İqtisadiyyatManşet

Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana enerji xəttinin çəkilməsini planlaşdırır

Azərbaycan Zəngəzur dəhlizi üzərindən Naxçıvana, oradan isə Türkiyəyə və İrana yeni enerji xəttinin çəkilməsini planlaşdırır. Bu barədə cümə günü dövlət başçısı İlham Əliyev “AzərTAc” agentliyinə müsahibəsində bildirib.

Hazırda Naxçıvana, oradan isə beynəlxalq bazarlara – Türkiyə və İrana elektrik xətlərinin çəkilməsi üzrə yeni enerji layihəsi üzərində işləyirik.

Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil və hava yolu deyil. Bu yol müxtəlif enerji növlərinin Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana çatdırılmasında da öz rolunu oynayacaq”, – Əliyev deyib.

Bənzər yazılar

Back to top button