Dünya

Koronavirus xəstələrinin olduğu gəminin kapitanı qəhrəman elan edildi

Yaponiyanın Yokohama Limanında 3700 sərnişin və ekipaj üzvü ilə birgə koronavirus səbəbindən 1 aya yaxındır karantin altında saxlanılan “The Diomand Princess” kruiz gəmisinin təxliyəsi tamamlanıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, gəmini sonuncu tərk edən 41 yaşlı italiyalı kapitan Cennaro Arma olub. Çalışdığı şirkət və sərnişinlər böhran vəziyyətində idarəetmə bacarığına, həmçinin gəmini ən son tərk etdiyi üçün onu qəhrəman elan ediblər.

Karyerasının bəlkə də ən çətin imtahanını verən Arma sərnişinlərin əhvalını yüksək saxlamaq üçün əlindən gələni edib. Dünyanın bir çox nüfuzlu saytları onun fəaliyyətini təqdir edən xəbərlər yazıb, sosial şəbəkələrdə ünvanına çoxsaylı təriflər yağdırılıb.

Qeyd edək ki, gəmidə 705 nəfərdə koronavirus aşkarlanıb, onlardan 6-sı həyatını itirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button