Siyasət

Qırmızı Xaç Laçın yolu ilə Qarabağ ermənilərinin daşınmasını bərpa edib

Bu gün Qızıl Xaç Cəmiyyəti müalicəyə ehtiyacı olan Qarabağın erməni sakinlərinin Laçın yolu ilə Ermənistana daşınmasını bərpa edib.

Separatçıların məlumatına görə, 15 xəstə və onu müşayiət edən 9 nəfər Ermənistana aparılıb.

Gün ərzində 16 xəstənin Qırmızı Xaç avtomobilləri ilə Qarabağa qaytarılması planlaşdırılır.

İyunun 15-də Ermənistan ərazisindən Laçın sərhəd-keçid məntəqəsinə hücum ediləndən və bunun nəticəsində Azərbaycan sərhədçisinin yaralandığından sonra Laçın yolu ilə avtomobillərin hərəkəti tamamilə dayandırılmışdır.

(Turan)

Bənzər yazılar

Back to top button