GündəmSiyasət

ABŞ-dan sərhəddəki hadisələr barədə açıqlama

ABŞ Dövlət Departamenti aprelin 11-də Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrə münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, Dövlət Departamenti mübahisələri həll etmək üçün güc tətbiqini qəbuledilməz adlandırıb və bunun danışıqlar prosesini pozduğunu vurğulayıb.

“Aprelin 11-də Ermənistan və Azərbaycan qüvvələri arasında bir neçə insan itkisi ilə nəticələnən ölümcül toqquşmaya görə təəssüflənirik. Ölən və yaralananların ailələrinə başsağlığı veririk. Münaqişənin hərbi yolla həlli ola bilməz və mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir. Davamlı sülhün yeganə yolu danışıqlar masası arxasındadır və gücdən istifadə danışıqları pozur”, – ABŞ Dövlət Departamentindən “Amerikanın səsi”nin Ermənistan xidmətinin müvafiq sorğusuna cavab olaraq bildirilib.

Bənzər yazılar

Back to top button