İdman

Xavi ilə Messi hər gün nə haqda söhbət edirlər?

“Barselona”nın baş məşqçisi Xavi PSJ-nin hücumçusu Lionel Messi ilə aktiv, demək olar ki, hər gün əlaqə saxlayır.

Aut.az xəbər verir ki, bu barədə “Catalunya Radio” məlumat yayıb. Mənbənin sözlərinə görə, Messi tez-tez Xaviyə kluba qayıtmaq istədiyini deyir.

Onlar mütəmadi olaraq komanda, oyunlar, atmosfer və paltardəyişmə otağından danışırlar. Həmçinin argentinalı “Barselona”dan danışarkən birinci şəxs əvəzliyindən istifadə edir. Hər dəfə Xavi ilə matçın nəticəsini müzakirə edəndə Lionel tez-tez “Biz qalib gəldik” və ya “Yaxşı oynadıq” ifadəsini işlədir.

Daha əvvəl bildirilmişdi ki, “Barselona” artıq Messinin geri qayıtmasına maddi yardım edəcək əsas sponsorlarla müqavilələr üzərində işləyir.

Bənzər yazılar

Back to top button