Hadisə

Qalmaqallı direktor işdən çıxarıldı

Bu gün, Xətai rayonu 3 nömrəli Uşaq evində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib.

AzToday.az APA-ya istinadla xəbər verir ki, müəssisənin rəhbərliyində dəyişiklik edilərək bu vəzifəyə Gülnarə Şəmiyevaya təyin edilib. Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Xüsusi olaraq qeyd edilib ki, bu gün ölkəmiz sürətlə inkişaf edir, bütün sahələrdə yüksək nailiyətlər əldə olunur və odur ki, bu inkişaf tempinə uyğun olaraq burada tərbiyə alan uşaqlar üçün müvafiq tədbirlər planı hazırlanmalı və onun həyata keçirilməsi təmin olunmalıdır.

Xatırladaq ki, mart ayının sonunda sosial şəbəkələrdə Məhbubə Hüseynovanın direktoru olduğu Xətai rayonu 3 nömrəli Uşaq evi ilə bağlı bəzi iddiların səslıəndirildiyi görüntülər yayılıb. Videoda danışan 2006-ci il təvəllüdlü şəxs uşaq evində şəraitsizlikdən gileylənib. M.Hüseynova bildirib ki, azyaşlının müəyyən psixi problemləri olduğundan 2020-ci ildə Respublika Psixiatriya Xəstəxanasında (emosiya və davranışın pozuluşu diaqnozu ilə) müalicə olunub. Bu hadisədən sonra, martın 23-də yeniyetmə ərazi üzrə polis əməkdaşları tərəfindən Respublika Psixiatriya Xəstəxanasına aparılaraq ora təhvil verilib. 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov isə 17 yaşlı Məhəmməd Hacıyev də vəziyyətinin ruhi xəstəxanada saxlanılacaq qədər ciddi olmadığını, yüngül pozuntuların olduğunu və geri göndərməyə çalışıqlarını deyib. Daha sonra isə A.Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib və işdən çıxarılıb. M.Hacıyev isə daha sonra uşaq evinə geri qaytarılıb.

Bənzər yazılar

Back to top button