İdman

Ronaldudan nümunəvi addım: Koronavirusla mübarizədə xəstəxanalara kömək edəcək

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu koronavirus pandemiyası ilə əlaqədar olaraq Madeyradakı xəstəxanalara yardım etmək qərarına gəlib.

Fanat.Az “A Bola”ya istinadən xəbər verir ki, səhiyyə və mülki müdafiə məsələləri üzrə katib Pedro Ramos Ronaldunun bölgədəki sağlamlıq müəssisələri üçün beş mexaniki ventilyasiya cihazı aldığını açıqlayıb. Yaxın günlərdə aparatların xəstəxanalara göndəriləcəyi bildirilib.

35 yaşlı futbolçunun üç komanda yoldaşında koronavirus aşkarlanıb. Bu səbəbdən o, hazırda Portuqaliyada karantindədi.

Qeyd edək ki, Portuqaliyada 4 min 268 nəfər koronavirusa yoluxub. Ölkədə pandemiyadan dünyasını dəyişənlərin sayı isə 76-dı.

Bənzər yazılar

Back to top button