Cəmiyyət

Ən çox məhkumun olduğu ölkələr – Azərbaycanın qonşuları da var

Dünyada ölkə əhalisinin hər 100 000 nəfərinə düşən məhkum sayına görə ilk sırada Salvador yer alır.

Yeniavaz.com məşhur “Statista” portalına istinadən bildirir ki, Salvadorda hər 100 000 nəfərə 605 məhkum düşür.
2-ci sırada 580 məhkumla Ruanda, 3-cü sıarda isə 576 məhkumla Türkmənistan yer alır.

Dünyanının ən böyük iqtisadiyyatına sahib olan ABŞ əhalisinin hər 100 000 nəfərinə düşən məhkum sayına görə 6-cı sırada qərarlaşıb. ABŞ-da hər 100 000 nəfərə 505 məhkum düşür.

Qonşu Türkiyə bu siyahıda 16-cı sırada yer alıb. Türkiyədə hər 100 000 nəfərə düşən məhkum sayı 374 nəfər olub.
Region ölkələri arasında Türkmənistan və Türkiyədən sonra ən çox məhkum Belarus və Rusiyada qeydə alınıb. Belarusda hər 100 000 nəfərə düşən məhkum sayı 345, Rusiyada isə 304 olub.

Müqayisə üçün qeyd edək ki, Beynəlxalq Həbsxana Tədqiqatları Mərkəzinin açıqladığı sonuncu məlumata görə Azərbaycanda hər 100 000 nəfərə 210 məhkum düşür. Qonşu ölkələrdən Gürcüstanda bu göstərici 253, İranda 228, Ermənistanda isə 74 olub.

Onu da bildirək ki, məhkumların ümumi sayına görə dünyada ilk sırda Çin qərarlaşıb. Çində 1 milyon 690 min məhkumun olduğu bildirilir. ABŞ 1 milyon 675 min məhkumla siyahıda 2-cidir.

İlk 10-luqda Azərbaycana qonşu olan 3 ölkə yer alıb. Rusiya 439 min məhkumla 5-ci, Türkiyə 314 min məhkumla 6-cı, İran isə 189 min məhkumla 10-cu sırada qərarlaşıb.

Bənzər yazılar

Back to top button