İdman

Karyerasını başa vurana qədər “Real”da qalmaq istəyir

“Real”ın futbolçusu Vinisius Junior karyerasını başa vurana qədər Madrid təmsilçisində qalmaq istəyir.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının 1/4 finalında “Çelsi”yə 2:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib: “Yeni müqaviləm? “Real”la məni həmişəlik klubda saxlayacaq müqavilə imzalamaq istəyirəm. Çünki “Real” dünyanın ən yaxşı komandasıdır”.

Qeyd edək ki, 22 yaşlı braziliyalı oyunçunun “kral klubu” ilə hazırkı müqaviləsi gələn mövsümün sonuna qədərdir.

Bənzər yazılar

Back to top button