Siyasət

Paşinyan Qarabağın ermənilər yaşayan hissəsinin müstəqilliyi məsələsində yanılır

Aprelin 12-də baş nazir Nikol Paşinyan ölkəsinin Qarabağ uğrunda döyüşmək istəməməsini belə əsaslandırıb ki, o, hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan danışıqlar üçün əsas kimi “Madrid prinsipləri”ni qəbul edərək Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.

Bununla belə, o, bütün erməni siyasətçilərinin dəfələrlə səsləndirdiyi fikri təkrar edirək deyib ki, Dağlıq Qarabağ da SSRİ-nin süqutu zamanı Sovet İttifaqının digər subyektləri kimi öz müqəddəratını təyinetmə hüququndan istifadə edib, müstəqillik əldə edib. Bunu “Turan”a 1991-ci il də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının həmmüəllifi Fuad Ağayev bildirib.

“Yumşaq desək, bu şübhəli mülahizəyə istinad edən siyasət və hüquq diletantları, ilə eyni “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə bağlı məsələlərin həlli qaydası haqqında” SSRİ Qanununa istinad edirlər”.

Ağayev qeyd edib ki, erməni tərəfi “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə bağlı məsələlərin həlli qaydası haqqında” SSRİ Qanununa istinad edir.

Qeyd olunan qanun 3 aprel 1990-cı ildə qəbul edilib. 3-cü maddədə deyilir:

“Maddə 3. Muxtar respublikaların, muxtar vilayətlərin və muxtar dairələrin olduğu ittifaq respublikasında hər bir muxtariyyət üzrə referendum ayrıca keçirilir. Muxtar respublikaların və muxtar qurumların xalqları SSRİ-də və ya ondan ayrılan müttəfiq respublikada qalmaq məsələsini müstəqil həll etmək, habelə dövlət-hüquqi statusu haqqında məsələ qaldırmaq hüququnu özündə saxlayır.

Ağayev xatırladıb ki, bu maddə və qanunun bununla bağlı müddəaları “erməni dünyasının” carçıları kimi məşhur olan Qalina Starovoytova, İgityan, Miqranyan və başqaları dəstəkləyib.

Keçən 32 il ərzində onlar və bir çox başqa ermənifillər açıq-aşkar görünməmiş səriştəsizliklərini nümayiş etdirməkdə davam edirlər.

Bu səriştəsizliklərin özünü nədə göstərdiyini Ağayev izah edir:

Birincisi, hələ 1989-cu il sentyabrın 23-də Azərbaycan SSR Ali Soveti tərəfindən “Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında” Konstitusiya Qanunu qəbul edilib. Bu qanunun qəbul edilməsində Azərbaycan Xalq Cəbhəsi həlledici rol oynadı, mən və rəhmətlik Tofiq Qasımov onun hazırlanması üçün işçi qrupunun üzvü idik. Bu qanunda nə deyilirdi?

5-ci maddəyə əsasən, Azərbaycan SSR-in suverenliyi respublikanın bütün ərazisinə, o cümlədən Azərbaycanın tərkib hissəsi kimi ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinə aiddir.

Azərbaycan SSR-in ərazisi ayrılmazdır və Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın bütün əhalisi arasında keçirilən ümumxalq səsverməsi (referendum) ilə ifadə edilən razılıq olmadan dəyişdirilə bilməz.

Konstitusiya qanunun 6-cı maddəsində deyilir: “Azərbaycan SSR qanunları Azərbaycan SSR-in bütün ərazisində qüvvədədir. Azərbaycan SSR ərazisində Azərbaycan SSR-in suveren hüquqlarını pozmayan SSRİ qanunları qüvvədədir”.

Ağayev qeyd edir ki, 1989-cu ildə SSRİ-nin tərkibində olan bir çox müttəfiq respublikalar suverenlik haqqında bəyannamələr qəbul ediblər. Azərbaycanın yanaşmasında əsas fərq ondan irəli gəlirdi ki, yalnız biz qanun qəbul etmişik, özü də Konstitusiya Qanunu, onun normaları deklarativ deyil, məcburi xarakter daşıyırdı, bütün digər normalardan, hətta SSRİ qanunlarının normalarından da üstünlük təşkil edirdi. Sonuncular Azərbaycanda yalnız suverenliyi pozmayacağı təqdirdə tətbiq oluna bilərdi.

Beləliklə, altı ay sonra qəbul edilmiş və Azərbaycanın suveren hüquqlarını açıq-aşkar pozan “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə bağlı məsələlərin həlli qaydası haqqında” SSRİ Qanunu Azərbaycana və ermənifillərin bütün səylərinə baxmayaraq, onun ayrılmaz hissəsi olan və o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti adlandırılan ərazisinə münasibətdə tətbiq oluna bilməzdi və tətbiq edilmədi.

Bundan başqa, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi, onun 3-cü maddəsinə əsasən, SSRİ-nin yaradılması haqqında müqavilə imzalandığı andan Azərbaycana münasibətdə etibarsız hesab edilib.

Həmin il dekabrın 29-da bu akt bütün Azərbaycan əhalisi arasında keçirilən ümumxalq səsverməsinə (referenduma) çıxarılıb və səslərin böyük əksəriyyəti ilə təsdiq edilib, deyə Fuad Ağayev qeyd edib.

Bənzər yazılar

Back to top button