
Ermənistan teleqram- kanalları bu gün saxlanılan azərbaycanlı əsgərlə bağlı görüntülər yayımlayıb. Videoda əsgərin amansızcasına döyüldüyü, üzünün və dodaqlarının partladığı görünür. Onu əlləri arxasına bağlı vəziyyətdə yerə yıxaraq təhqir edirlər.
Beləliklə, əsirlərlə qeyri-insani rəftardan, təhqirdən və işgəncələrdən şikayətlənən ermənilər Azərbaycan tərəfini nədə ittiham edirlərsə, eyni şeyi özləri edirlər.(Turan)