GündəmSiyasət

Ermənistanın istintaq orqanı Zəngəzur Kombinatının mühafizəçinin qətlində azərbaycanlının iştirakını təkzib edib

İstintaq Zəngəzur Mis-Molibden Kombinatının əməkdaşının qətlində azərbaycanlıların əli olduğuna dair heç bir sübuta malik deyil. Bu barədə öz Facebook səhifəsində Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib.

Hazırda Zəngəzur Kombinatının mühafizəçisinin qətlinin azərbaycanlılar tərəfindən törədildiyi barədə məlumat yoxdur, deyə o vurğulayıb.

Xatırladaq ki, aprelin 13-də Ermənistan mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin əsgərini Ermənistan ərazisində əsir götürülüb. Onu Zəngəzur Kombinatının mühafizəçisinin qətlində və diversiya törətməkdə ittiham ediblər.(Turan)

Bənzər yazılar

Back to top button