İdman

İtalyanlar Musa Qurbanlıya qiymət kəsdilər

İtaliya mətbuatı “Qarabağ”ın futbolçusu Musa Qurbanlının “Torino” klubuna mümkün keçidini şərh edib.

Aut.az xəbər verir ki, “sportcafe24.com” saytı 21 yaşlı forvardın Turin klubu üçün riskli transfer ola biləcəyini yazıb. Yazıda Qurbanlının İtaliya klubuna keçid ehtimalı 25 faiz olaraq göstərilib:

“Qarabağ”ın hücumçusu “Torino”ya keçməyə hazır istedaddır. Klub gələcəyi qurmaq üçün axtarışları davam etdirir. Qurbanlının dəyəri təxminən 5 milyon avrodur və o, skaut Vaqnatinin sürprizi ola bilər. Bu transferin reallaşması baş məşqçi İvan Yuriçə bağlıdır. O, Mbola Nzolanı və ya daha hazır bir hücumçunu istəyir, bu, aşkardır. Lakin Antonio Sanabriya satılsa, əlavə bir transfer də mümkündür”.

Musa bu mövsüm Premyer Liqada 20 qolla bombardirdir. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir. Hücumçunun “transfermarkt”da dəyəri 600 min avro göstərilib.

Bənzər yazılar

Back to top button