Siyasət

Mövlud Çavuşoğlu XİN rəhbəri postundan gedir?

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 14-də ölkədə keçiriləcək ümumi seçkilərdən sonra mümkün istefa ilə bağlı şaiyələrə münasibət bildirərkən deyib ki, XİN rəhbəri postunda qalıb-qalmayacağına prezident qərar verəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Çavuşoğlu “Habertürk”ə müsahibəsində “Bu, prezidentin ixtiyarındadır. O, hansı vəzifəyə təyin edərsə, biz orada xidmət edəcəyik”, – deyib.

Türkiyədə keçirilən ümumi seçkilərdə iştirak edən siyasi partiyalar yekun namizəd siyahılarını bazar günü Yüksək Seçki Komissiyasına təqdim ediblər.

Qeyd edək ki, bir müddət əvvəl “Hürriyet” qəzeti Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbəri olduğu hakim partiyaya Nazirlər Kabinetinin bütün üzvlərini deputatlığa namizəd göstərməyi tapşırdığını yazıb. Respublika rəhbəri yeni müddətə seçilərsə, tamamilə yenilənmiş kabineti təqdim edəcək. Hakim partiyadan olan siyahıya əsasən, Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbuldan, vitse-prezident Fuat Oktay Ankaradan, daxili işlər naziri Mövlud Çavuşoğlu Antalyadan, milli müdafiə naziri Hulusi Akar isə Kayseridən, Fatih Dönməz – Eskişehirdən energetika naziri namizəd kimi irəli sürülüb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə tarixində ən uzun müddətli ikinci xarici işlər naziri olmaqla yanaşı, Türkiyə prezidenti Ərdoğanın hazırkı kabinetində 8 ildən çoxdur çalışır.

Bənzər yazılar

Back to top button