İdman

“Barselona” Ansu Fati ilə bağlı son qərarı – Menecerinə tapşırıq verildi

“Barselona” Ansu Fatini satmaq qərarına gəlib.

Fanat.az xəbər verir ki, informasiyanı AS yayıb.

Mənbənin məlumatına görə, bir müddət əvvəl futbolçunun atasının klubu mətbuatda ictimai qınaq obyektinə çevirməsi rəhbərliyin xoşuna gəlməyib. “Barselona” artıq Fatinin agenti Jorge Mendesə müştərisi üçün yay transfer pəncərəsi dövründə yeni klub axtarmağı tapşırıb. Kataloniyalılar onun üçün 40 milyon avro almaq istəyir.

Bu mövsüm Ansu Fati “Barselona”nın heyətində bütün turnirlərdə 41 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button