Mədəniyyət
Adil Kərimli mədəniyyət naziri oldu

Dövlət başçısının sərəncamı ilə mədəniyyət naziri səlahiyyətlərini icra edən Adil Kərimli Azərbaycanın mədəniyyət naziri təyin edilib.
O, 2022-ci ilin dekabrında Anar Kərimov vəzifədən azad edildikdən sonra nazir səlahiyyətlərini icra edirdi.
Yeni nazir 1979-cu il təvəllüdlüdür, hüquqşünasdır. Bakı Dövlət Universitetinin Hüquq Fakultəsinin məzunudur. Cinayət hüququ doktoru elmi dərəcəsinə malikdir.
2010-cu ildə “Eurovision” müsabiqəsində Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.
2012-ci ildə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin edilib.