GündəmSiyasət

Qərb diplomatları Ermənistanda azərbaycanlı əsirlərə qarşı zorakılığı pisləyiblər

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirir ki, ABŞ “videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə çox narahatdır”.

“Biz Azərbaycan və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq”, deyə ABŞ səfirliyi facebook səhifəsində qeyd edib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Twitter hesabında yazıb ki, Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir.

“Beynəlxalq humanitar hüquq qanunlarına görə bu cür rəftar yolverilməzdir. Regionda dayanıqlı sülhə nail olmaq üçün bu kimi hallar pislənməlidir”, deyə o bildirib.

Öz növbəsində, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko da baş vermiş hadisəyə münasibət bildirib. O, Twitter paylaşımında yayılan videonun olduqca acınacaqlı olduğunu bildirib.

“Mən saxlanılmış azərbaycanlı əsgərə qarşı zorakı münasibətin əks olunduğu videonu gördüm. Doğrudan da acınacaqlıdır. Bütün əsirlərə beynəlxalq humanitar hüquqa uyğun davranılması vacibdir”, deyə o qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button