GündəmSiyasət

BQXK Ermənistanda saxlanılan Azərbaycan hərbiçilərinə baş çəkmək üçün çalışır

Beynəlxalq Qızıl Xac Komitəsi (BQXK) Ermənistanda saxlanılan iki Azərbaycanlının məsələsi barədə məlumatlıdır, bu barədə BQXK-nin Bakı ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

“Biz ailələr və müvafiq qurumlarla əlaqədəyik və məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş cəkməkdir. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, deyə BQXK nümayəndəsi qeyd edib.

Xatırladaq ki, aprelin 10-da Azərbaycan SQ-nin iki əsgəri Naxçıvanın Şahbuz rayonunda itkin düşüb. Müdafiə Nazirliyi onların əlverişsiz hava şəraitində azdıqlarını bildirib.

Növbəti gün Ermənistan KİV-ləri onlardan birinin Sünik vilayətinin Bnunis kəndində saxlanıldığı haqqında məlumat yayıb. Onun əsgər Aqşin Bəbirov olduğu məlum olub.

Aprelin 13-də Ermənistan KİV-ləri digər saxlanılan şəxsin – üzərində zorakılıq izləri olan Hüseyn Axundovun görüntülərini yayıb. O, Qafan şəhəri yaxınlığında saxlanılıb.(Turan)

Bənzər yazılar

Back to top button