Dünya

FKB 21 yaşlı hərbiçini Pentaqonun sənədlərini yaydığına görə həbs edib

Cümə axşamı ABŞ hakimiyyəti HHQ-nin 21 yaşlı hərbiçini məxfi sənədləri İnternetə sızdırdığına görə həbs edib.

Baş prokuror Merrik Qarland jurnalistlərə bildirib ki, Cek Teyşeyra Massaçusetsa Milli Qvardiyasının 102-ci kəşfiyyat bölməsinin birinci dərəcəli pilotu idi. O, Massaçusetsada ABŞ Bölgə Məhkəməsi qarşısına çıxarılacaq.

Ötən həftə İnternetə sızdıqdan sonra bütün dünyanın diqqətini cəlb edən sənədlərdə ABŞ-ın müttəfiqlərinin addımları və Ukraynadakı müharibə, habelə digər milli təhlükəsizlik məsələləri ətraflı təsvir edilir.

Cümə axşamı sosial şəbəkələrə düşən son ifşalar arasında Rusiya hökumətində çəkişmənin təfərrüatları da var.(Turan)

Bənzər yazılar

Back to top button