Dünya

“Amerikanın Səsi” və “Azadlıq Radiosu”nu Rusiyanın yaşlı əhalisinin 10%-i dinləyir – USAGM rəhbəri

ABŞ-ın azadlıq və demokratiyaya dəstək üçün insanları maarifləndirməyin və birləşdirməyin həvalə olunduğu əsas agentliyi Rusiya auditoriyasını Kremlin dövlət təbliğatının alternativi olan məlumatla təmin etməyə davam edir.

“Qapalı cəmiyyətlərin xəbər və informasiya istəmədiyi haqqında ideya doğru deyil”, deyə ABŞ Qlobal Media Agentliyinin direktoru Amanda Bennett Dövlət Departamentinin Brüssel Mətbuat Mərkəzi tərəfindən təşkil olunmuş virtual brifinqdə bildirib.

O, jurnalistlərlə məhdudlaşdırıcı mühitdə KİV azadlığı və informasiyaya çıxışı müzakirə edib.

Rusiyanın müstəqil nəşrlərinin jurnalistləri hesab edirlər ki, Rusiyada əvvəlki kimi faktlara, canlı reportajlara və dəqiq məlumata ehtiyac duyan çox sayda ruslar var.

“Araşdırmamız göstərib ki, “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nun dövlət təbliğatının üstünlük təşkil etdiyi qapalı media mühitində həftəlik müəyyən auditoriyası var – bu, Rusiyanın yaşlı əhalisinin 10%-dir”, deyə o bildirib.

Turan-ın müxbirinin soyuq müharibə dövründə Amerikanın teleradioyayım agentliklərinin işi və Rusiya təbliğatına qarşı mübarizədən hansı dərslərin çıxarıldığı haqqında sualına cavabda Bennett belə deyib: “Məni həqiqətən də məyus edən məsələlərdən biri müxtəlif ölkələrdə insanların gəlib “biz yatağın altında gizlənib “Amerikanın Səsi”ni dinləyirdik”, “biz yatağın altında gizlənib Azadlıq Radiosunu dinləyirdik”, “İngilis dilini “Amerikanın Səsi”ndən öyrəndim” deyən insanların sayıdır”.

Turan-ın müxbirinin Twitter-də “Amerikanın Səsi”nin niyə “dövlət tərəfindən maliyyələşdirilən KİV” kimi göstərildiyi haqqında sualına cavabda USAGM rəhbəri deyib ki, bu, istifadəçiləri “yanıldır”.

“Biz “dövlət tərəfindən maliyyələşdirilən” etiketini qətiyyən qəbul etmirik, hökumət bizə nəzarət etmir; biz müstəqilik və bunu Twitter-lə müzakirələrdə vurğulayırıq”, deyə o qeyd edib.

Bennett USAGM-nin bu və ya digər ölkələrdə layihələri və planları haqqında suallara cavabda ayrı-ayrı ölkələrdə, o cümlədən Azərbaycanda konkret şəraiti şərh etməyib.

Bənzər yazılar

Back to top button