Bizim seçimCəmiyyətManşet

Əziz Əzizov bazarı yenidən açmaq istəyir?

Bu yaxınlarda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Hövsan qəsəbəsində açdığı və genişləndirdiyi bazar barədə yazmışdıq.

Qəsəbənin əsas küçəsində qanunsuz meyvə-tərəvəz ticarəti ilə məşğul olanların fəaliyyəti nəticəsində həmin ərazidə nəqliyyatın və insanların gediş-gəlişinə maneə yaradılması, antisanitariya hökm sürməsi yazıda xüsusi qeyd edilmişdi. Bir qədər sonra problemlə bağlı tədbir görüldü və həmin bazar dağıdıldı. Lakin bazara çevrilən ərazi boşaldılsa da, işğal edilən torpaq hissədə son iki həftədə heç bir iş görülməyib. Halbuki hələ illər əvvəl orada əkmək üçün ağac və kollar gətirən Suraxanı Rayon İcra Hakimiyyətinin işçiləri onları mağazalrın qabağındakı yerə qablarda düzüblər.

Sakinlər deyirlər ki, onların bazara çevrilən səkilərin kənarında hələ də əkilməməsi Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun həmin bazar yenidən açmaq niyyətindən xəbər verir. AzToday.az xəbər verir ki, həmin ərazidə al-ver edənlərin yavaş-yavaş, bir-bir, iki-iki qayıtması halları da bunu sübut edir.

Hövsan əhli isə əsas səkinin yenidən işğal edilməsindən narahatdır. Çünki bu halda qəsəbənin bu başından o başına getməyə ciddi çətinlik çəkən sakinlər üçün bu bazarın yenidən dirçəldilməsi, eyni zamanda infeksiya və xəstəlik mənbəyinə çevriləcəyi üçün faciəyə bərabərdir.

Orxan Məmmədli

Bənzər yazılar

Back to top button