Hadisə

Neftçalada qanunsuzluq və özbaşınalıq tüğyan edir -ŞİKAYƏT

Neftçala fermerlərinin üzləşdiyi qanunsuzluqlarla bağlı mətbuatda dərc olunan şikayətləri müəyyən nəticələr verməkdədir. Bununla bağlı daxil olan məlumata görə səlahiyyətinə aid olmadan torpaq satışı, idarəyə verilməsinin bütün bazarlığını öz üzərinə götürən 61 saylı DSK Sədri Zaur Kərimov vəzifəsi ilə vidalaşdı. Bu arada Z.Kərimov vəzifəsiz qalmaması üçün yeni axtarışlara çıxıb.

Rayondan rubrika.az-a daxil olan məlumata görə, ilk əvvəl icra hakimiyyətində vəzifə alması üçün Z.Kərimov icra başçısı Mirhəsən Seyidova bir neçə minnətçi salıb. Bu sahədə uğur qazana bilməyən Zaur Kərimov daha sonra “Azər-Yod” Məhdud Məsuliyyətli Cəmiyyətində vəzifə almağı gənc icra başçısından tələb edib. Bunun üçün Z. Kərimov M.Seyidovu 2021ci ilin oktyabrında törətdiyi avtoqəzanı ört-basdır etməsi(iddiaya görə idarə etdiyi avtomobillə adam vurub hadisə yerindən qaçan başçının əməlini Z.Kərimov öz üzərinə götürüb), torpaq maklerliyinində birgə qazanclarını dilə gətirməklə şantaj yolunu tutub.

Bu arada Z.Kərimovun rayondakı Sahibəzzaman məscidinə axund təyinatı, keçmişinin müxalifətlə bağlı olduğu iddia edilən Ülvi Fərzəliyevin YAP Neftçala təşkilatının başına gətirilməsinin qaranlıq məqamlar haqda atmacaları da icra başçısına “açaram sandığı, tökərəm pambığı” mesajı sayıla bilər. Rayona təyin olunduqdan sonra ümidləri boşa çıxaran və adı müxtəlif qalmaqallarda hallanan icra başçısından da rayonda ciddi narazılıq var. Bəzi məqamlarda gənc başçı həbsdə olan sələfinə rəhmət belə oxutdurur. Yeri gəlmişkən, Z.Kərimovun “Azər-Yod” Məhdud Məsuliyyətli Cəmiyyətində vəzifə almaq istəyi məşhur milyarder İsgəndər Xəlilov tərəfindən də narazılıqla qarşılanıb. Qeyd edək ki, “Azər-Yod” MMC “ISR Holding”ə daxildir. Holdinq 2004-cü ildə Yod-Brom Zavodunu alaraq bu şirkəti təsis etmişdi. “ISR Holding”in təsisçisi iş adamı İskəndər Xəlilovdur. MMC-nin qanuni təmsilçisi Rəşad Xəlilov Cavanşir oğludur. Məlumata görə, Z.Kərimovun xahişini icra başçısı məhz R.Xəlilovdan edib. Amma mənfi reputasiyalı şəxsin burda vəzifə almasına İ.Xəlilov qəti etiraz edib.

Bənzər yazılar

Back to top button