İqtisadiyyat

347 milyon manatın 231 milyonunu “Paşa Sığorta” yığıb

Bu ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən ümumilikdə 346 milyon 910 min manat sığorta haqqı yığılıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta şirkətləri tərəfindən yığılan sığorta haqqı 34% və ya 88 milyon manat artıb.

Yığılan sığorta haqqının yarıdan çoxunu – 66,5%-ni “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıb.
“Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin topladığı sığorta haqqı 230 milyon 842 min manat olub.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Onu da bildirək ki, ötən ilin eyni dövründə də “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin topladığı sığorta haqqı ümumi sığorta haqlarının 66,5%-nə bərabər olub. Belə ki, ötən ilin ilk 3 ayında yığılan 258,4 milyon manat sığorta haqqının 171,6 milyon manatı “Paşa Həyat Sığorta” və “Paşa Sığorta”nın payına düşüb.

Qeyd edək ki, “Paşa Sığorta” ASC aktivlərinə görə (15,5 milyard manat) ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq”ə məxsusdur. Nizamnamə kapitalı 50 milyon manat olan “Paşa Sığorta” ASC 2006-cı ildə təsis olunub.
Ən çox sığorta haqqı toplayanların ilk 5-liyini 29 milyon 883 min manatlıq yığımla “Qala Sığorta” ASC, 15 milyon 933 min manatlıq yığımla “Atəşgah Həyat” ASC, 9 milyon 567 min manatlıq yığımla “Aqrar Sığorta” ASC tamamlayır.
Ən az sığorta haqqı toplayan şirkət isə 651 min manatlıq yığımla “İpək Yolu Sığorta” ASC və 660 min manatlıq yığımla “Naxçıvansığorta” ASC olub.

Bənzər yazılar

Back to top button