İqtisadiyyat

Mərhum nazirin şirkəti ilə yarım milyonluq müqavilə

Mərkəzi Bank 496.127,67 AZN dəyərində kompyuter, printer, şəbəkə və ofis avadanlıqları alır.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Mərkəzi Bankla “ATA Texnologiya” MMC arasında satınalma müqaviləsi imzalanıb.

“ATA Texnologiya” MMC 15 oktyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 000 AZN-dir. Şirkətin qanuni təmsilçisi Yusifov Mais Əmir oğludur.

“ATA Texnologiya” MMC-nin təsisçisi “ATA Holding” MMC-dir. Bu şirkət 23 iyul 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 40 071 815.66 AZN olan şirkətin qanuni təmsilçisi Kamilov Əşrəf Kamil oğludur.

Əşrəf Kamilov ləğv prosesində olan “AtaBank”ın Müşahidə Şurasının sədri və bank səhmlərinin 16 faizinin sahibi olub. O, 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş mərhum Fazil Məmmədovun biznes imperiyasının idarə edən şəxs kimi tanınır.

Yeri gəlmişkən, “ATA Holding” də Fazil Məmmədova məxsus olub. O, nazir vəzifəsindən çıxarıldıqdan sonra biznes imperiyasına əl qoyulduğu iddia edilsə də, hələ də “ATA Holding” və onun törəmə şirkətlərinin Fazil Məmmədovun ailəsinin nəzarətində olduğu bildirilir.

Fazil Məmmədov 2022-ci il noyabr ayının 4-də Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada böyrək çatışmazlığından vəfat edib.

Bənzər yazılar

Back to top button