Siyasət

Milli Məclisin deputatları Ukraynaya səfər edəcəklər

Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Rüfət Quliyev, habelə qrup üzvləri Kamran Bayramov, Sabir Hacıyev, Razi Nurullayev aprelin 17-də Ukraynanın paytaxtı Kiyevə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, onlar Ukrayna Ali Radasının spikeri, Azərbaycanla dostluq qrupunun üzvü olan deputatlar, Ukraynanın Azərbaycan diasporu və digər rəsmi şəxslərlə görüşlər keçirəcəklər.

Səfər Ukrayna tərəfin dəvəti ilə baş tutacaq və aprelin 21-də başa çatacaq.

Bənzər yazılar

Back to top button