
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Ermənistanda Azərbaycan hərbiçisinə qarşı fiziki zorakılıq göstərilməsini pisləyən bəyanat yayıb.
Təşkilat Twitter hesabında bildirir ki, Ermənistanda azərbaycanlı hərbiçiyə qarşı açıq-aşkar pis rəftarın görüntüləri dərin narahatlıq doğurur.
“Bu hadisə dərhal araşdırılmalıdır və beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyət daşıyan şəxslər məsuliyyətə cəlb olunmalıdır”, deyə məlumatda qeyd edilir.