Cəmiyyət

Əliyev pravoslav xristian icmasını Pasxa münasibətilə təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev pravoslav xristian icmasını Pasxa münasibətilə təbrik edib. “Pasxa bayramı dirçəlişin, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzidir. Bu əziz gün münasibətilə bir daha hər birinizə səadət, ailələrinizə xoş bayram ovqatı və firavanlıq arzulayıram”.

Təbrikdə qeyd edilir ki, “Yüz illər boyu burada məskunlaşıb yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar… Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan müasir Azərbaycan Respublikasında bütün etnik və dini azlıqlara, o cümlədən xristian icmasına öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanmaq, adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradılmışdır. Təqdirəlayiq haldır ki, belə demokratik və tolerant mühitdə fəaliyyət göstərən pravoslav inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər”.

Bənzər yazılar

Back to top button