GündəmManşetSiyasət

Bayrağımızı yandıran erməni polis şöbəsinin qarşısında təntənə ilə qarşılandı – Video

Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran dizayner Aram Nikolyan polisə aparılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkədə vəkil Aleksandr Koçubayev məlumat verib.

“Nikolyan Malatya polis şöbəsinə gətirilib. İlkin məlumatlara görə, xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb”, – Koçubayev yazıb.

O daha sonra polis şöbəsindən buraxılıb. Sosial şəbəkələrdə onun polis şöbəsinin qarşısında təntənə ilə qarşılanmasının görüntüləri yayılıb.

Xatırladaq ki, İdman-Konsert Kompleksində keçirilən təntənəli mərasimdə dizayner Azərbaycan bayrağını bayraqdarın əlindən qoparıb yandırıb, daha sonra onunla birlikdə səhnədən qaçıb.

https://www.instagram.com/reel/CrC3FLcA_X5/?utm_source=ig_web_button_share_sheet

 

 

Bənzər yazılar

Back to top button