GündəmManşetSiyasət

Ermənistanın hakim partiyasından deputat Azərbaycan bayrağının yandırılmasına görə üzr istəyib

Ermənistan parlamentinin hakim Mülki Müqavilə Partiyasından deputat Ovik Ağazaryan Facebook səhifəsində Yerevanda Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını pisləyib.

“Bir vətəndaş və millət vəkili kimi mən öz xalqımda vəhşi və adamyeyən tayfaların təzahürlərini tamamilə aradan qaldırmaq üçün mümkün olan hər şeyi etmədiyim üçün bütün beynəlxalq sivil birlikdən üzr istəyirəm. Mən utanıram”,- deputat yazıb.

Eyni zamanda yarışın təşkilatçıları və Ermənistan hakimiyyəti baş verənləri pisləməyiblər. Ermənistanın Mədəniyyət və İdman Nazirliyi hesab edir ki, “insident tez yoluna qoyulub”. Azərbaycan komandasının çempionatda iştirakdan imtina etməsinə gəlincə, nazirlik bunu “idman etikası baxımından problemli” adlandırıb.

Bu arada baş verənlərin günahkarı – Ermənistan İctimai Televiziyasının əməkdaşı Aram Nikolyan cəzalandırılmayıb. O, iki saat polisdə saxlanılıb və hər hansı cəza almadan sərbəst buraxılıb.

Ermənistanın bir çox ictimai və siyasi xadimləri Nikolyanın hərəkətini dəstəkləyiblər. Belə ki, Serj Sarkisyanın Respublikaçılar Partiyası üzrə müavini və Ermənistanın keçmiş təhsil naziri Armen Aşotyan öz Facebook səhifəsində yazıb ki, “Aram Nikolyan Azərbaycanın bayrağını yox, nikolizmin rəmzini yandırıb”.

Bənzər yazılar

Back to top button