Dünya

Corc Floydu öldürən polis vergidən yayınmaqda da ittiham edilir

ABŞ-da qaradərili Corc Floydu öldürməkdə ittiham olunan keçmiş polis məmuru Derek Çauvin eyni zamanda vergidən yayınmaqda da ittiham olunur.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Derek və həyat yoldaşı müxtəlif işlərdən əldə etdikləri gəliri bəyan etməməkdə günahlandırılır və Minnesota ştatına 38 min dollar borclu olmaqda ittiham edilir.

Çauvin və ondan boşanmaq üçün müraciət edən həyat yoldaşı Kelli Çauvinə doqquz fərqli vergi qaçaqmalçılığı üzrə iş açılıb. Onlar 2014-2019-cu illər arasında gəlirlərini 464 min 433 dollar az bildirməkdə günahlandırılırlar. Buna Çauvinin polisdən məzuniyyətdə olduğu vaxtlarda mühafizəçi olduğu və həftə sonları restoranların birində əlavə işdən aldığı pullar da daxildir.

Qeyd edək ki, Çauvin Corc Floydu saxlayarkən dizini 9 dəqiqə onun boğazında saxladığı üçün ölümünə səbəb olmuşdu.

Bənzər yazılar

Back to top button