Bizim seçimCəmiyyət

İqtisadçı QHT Şurasını və deputatları tənqid etdi (FOTO)

Qubad İbadoğlu: “Axı necə ola bilər ki, səs verdiyin büdcədən qəbul olunandan sonra da qrant alasan”

“Milli Məclis üzvünün rəhbərlik etdiyi QHT-lərə səs verdiyi büdcə hesabına maliyyələşən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından qrant ayırmaq maraqlar münaqişəsidir”.

Bunu sosial şəbəkədəki hesabında iqtisadçı Qubad İbadoğlu yazıb.

O bildirib ki, deputatın əsas işi qanun yaradıcılığı olmalıdır: “Azərbaycan, həqiqətən, analoqu olmayan ölkədir. Bu günlərdə açıqlanmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin qaliblərinin siyahısına nəzər salanda ən azında 4 deputatın adı ilə rastlaşdım. Baxmayaraq ki, deputatların əsas işi qanun yaradıcılığı olmalıdır, amma mən yenə də onların qeyri-hökümət təşkilatlarına (QHT) rəhbərlik etmələrində qəbahət görmürəm. Amma Milli Məclis üzvünün rəhbərlik etdiyi QHT-lərə səs verdiyi büdcə hesabına maliyyələşən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından qrant ayırmaq maraqlar münaqişəsidir. Axı necə ola bilər ki, səs verdiyin büdcədən qəbul olunandan sonra da qrant alasan. Adı siyahıda keçən bəzi deputatların həqiqətənmi 7 min manat qranta ehtiyacı var? Məgər 7 min manata görə ölkənin qanunlarını pozmağa dəyərmi?”.

Bənzər yazılar

Back to top button