İdman
Ermənistanda qazandığı qızıl medalı Azərbaycana həsr etdi – Video

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda 45 kq çəkidə qızıl medal qazanan Türkiyə idmançısı Cansu Bektaş qələbəni Azərbaycana həsr etdiyini bildirib.
Qol.az xəbər verir ki, o, TRT-yə müsahibəsində deyib:
“Çox xoşbəxtik… Qazandığımız medalları azərbaycanlı qardaşlarımıza ərmağan edirik”.
Qeyd edək ki, turnirin açılış mərasimində Azərbaycan bayrağı yandırıldığı üçün Ermənistanda olan Azərbaycan idmançıları yarışı tərk ediblər.