Mədəniyyət

Xaricdə evi olan azərbaycanlı məşhurlar (SİYAHI)

Şou-biznesin bir çox tanınmış simaları zaman-zaman bahalı mal-mülkləri ilə gündəmə gəlirlər. Bəziləri aldıqları evləri gizli saxlasa da, çoxları Azərbaycandan kənarda da evlərinin olduğunu gizlətmirlər.

Lent.az xaricdə evi olan məşhurların siyahısını təqdim edir:

– Xalq artisti Röya Ayxanın İstanbulda evi var. Lakin müğənni 5 ildir ki, Bakıda olan bağ evini hələ təmir edə bilmədiyini söyləyib.

– İkinci dəfə ailə quran müğənni Zamiq Hüseynov bir neçə il bundan əvvəl İstanbulda mənzil alıb.

– Xalq artisti Tünzalə Ağayeva Bodrumda evi var.

– Müğənni Samir Piriyevin də Bodrumda evi var. Artıq ifaçı bir ildən çoxdur ki, Türkiyədə yaşayır.

– Xalq artisti Səməd Səmədov Bodrumda ev alan məşhurlardandır.

– Müğənni Elvin Abdullayev Ankarada ev alıb.

– Müğənni Elariz Məmmədoğlu bir neçə il əvvəl İstanbulda ev alıb. Hazırda ifaçının oğlu İstanbulda, özü isə ABŞ-da yaşayır.

– Müğənni Ayan Babakişiyeva illər öncə Bakıdakı evini satıb, Türkiyədə ev alıb, orada yaşayıb. Hazırda Bakıdadır.

– Müğənni Nadir Qafarzadə İstanbulda ev alıb, lakin ifaçı həmin evi pandemiya vaxtı satıb.

– Xalq artisti Brilliant Dadaşova da illər əvvəl İstanbulda ev alıb.

– Prodüser Tolik (Tarix Əliyev) də Türkiyədə evi olan məşhurlardandır.

– Günel Zeynalova Türkiyədə evi olsa da, kirayədə yaşayır. Öz evində isə valideynləri qalır.

Bənzər yazılar

Back to top button