İdman

İşə piyada getməyə çağıran nazir Fərid Qayıbovla şəkil çəkdirəndə, qulağına pıçıldayın ki…

Düzü, nazir təyin olunandan sonra onun gəzəcəyini düşünürdüm. Düşünürdüm ki, Azərbaycanın bölgələrini qarış-qarış gəzəcək. Dağıdılmış, viran qoyulmuş idman infrastrukturu ilə maraqlanacaq. Görəcək ki, elə bölgələrimiz var, orada infrastruktur adına çiy kərpic də yoxdur. Görəcək ki, hərəsi idmanın bir növündə çılxa istedad olan azərbaycanlı uşaqlar infrastruktur olmadığı üçün idman sahəsinə yaxın da düşə bilmirlər. Görəcəkdi və biləcəkdi ki, bütün idman növlərində legionerləşdirmə aparmaqla, o azərbaycanlı uşaqlara xəyanət edilib, onların haqqı yeyilib, göz görə-görə.

Mən yanılmadım. O, həqiqətən də gəzir. Eşitdim ki, bu yaxınlarda gəzəyənliyinin statistikasını da dostları ilə bölüşüb. Xeyli “bəh-bəh, tərif” alıb. Yazıb ki, artıq 46-cı ölkəyə ayaq basır.

Azərbaycanın 6 bölgəsinə ayaq basmayıb, amma dünyanı qarış-qarış gəzir. Azərbaycanlı uşaqlar orada şəraitsizlikdən idmanla məşğul ola bilmirlər, bu isə dövlətin vəsaitini xarici ölkələri gəzməyə sərf edir.

Ola bilsin, ola bilsin ki, adam səhvə yol verir. Elə bilir ki, onu idman yox, turizm naziri qoyublar. Siz Allah, Fərid Qayıbovla şəkil çəkdirəndə, qulağına pıçıldayın, deyin ki, cənab Prezident onu idman naziri təyin edib, turizm naziri yox. Adamdır də, xəbəri olmaya bilər.

Natiq Muxtarl

Aut.az

Bənzər yazılar

Back to top button