GündəmSiyasət

Ermənistanın ombudsmanı əsir götürülmüş azərbaycanlılara baş çəkib

Aprelin 16-da Ermənistanın ombudsmanı Anahit Manasyan aprelin 10 və 13-də Ermənistanda hərbs edilən iki azərbaycanlı hərbçiyə baş çəkib və onların saxlanma şəraiti ilə tanış olub.

Ermənistan Ombudsmanının mətbuat xidmətinin məlumatına görə, məhbuslar “işgəncə və pis rəftardan şikayət etməyiblər”.

Eyni mənbəyə görə, “məhkumlar ehtiyac duyduqları hər şeylə – yemək, su, şəxsi gigiyena vasitələri ilə təmin olunurlar. Onlara lazım olanda tibbi yardım da göstərilir”. Ombudsmanı həkim və tərcüməçi müşayiət edib.

Xatırladaq ki, aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan və Ermənistan sərhədində iki əsgərin itməsi barədə məlumat yayıb.

Daha sonra onlardan biri Sünik rayonunun Bnunis kəndinə gələrək kömək üçün kənd sakinlərinə müraciət edib, ikincisi isə 3 gün sonra Qafan şəhəri yaxınlığında saxlanılıb. Eyni zamanda ermənilər onu şiddətlə döyüblər, bunu videoya çəkib sosial şəbəkələrdə yayıblar. Bundan əlavə, ikinci əsgər yerli zavodun mühafizəçisini öldürməkdə günahlandırılıb.

Ermənistan hakimiyyəti hər iki məhbusu diversant adlandırıb.(Turan)

Bənzər yazılar

Back to top button