İdman

Almanlar da səhv edirlərmiş – Ondan qurtulmağa çalışırlar

“Bayern” Sadio Maneni satmağa hazırlaşır.

Aut.az xəbər verir ki, seneqallı vinger Tomas Tuxelin planlarına daxil deyil. Sadio almaniyalı mütəxəssisin oyun sisteminə uyğun gəlmir.

Klub daxilində də futbolçu barədə düşüncələr yaxşı deyil. İdarə heyəti Manenin transferini səhv hesab edir. Xüsusən də onun illik maaşının 20 milyon avrodan çox olmasını maliyyə baxımından problem hesab edirlər. Görünən odur ki, Münhen təmsilçisi yayda 30 yaşlı vingerdən qurtulmaq üçün əlindən gələni edəcək.

Bütün bu məsələlərin onun ötən həftə – “Mançester Siti” ilə Çempionlar Liqası matçından (0:3) sonra paltardəyişmə otağında Leroy Sane ilə yaşadığı münaqişə ilə əlaqəsi yoxdur. Futbolçular bu məsələni öz aralarında yoluna qoyublar. Məlum olub ki, Mane oyundan 2 gün öncə vəfat edən xalasına görə psixoloji sarsıntı keçirib.

Bənzər yazılar

Back to top button