İdman

Çempionlar Liqası: 16 il sonra Ronaldu və Messisiz…

Çempionlar Liqasında gözlənilməz hadisə baş verib.

Fanat.az xəbər verir ki, uzun illər sonra turnirin 1/4 finalı Kriştianu Ronaldu və Lionel Messisiz keçiriləcək. Bu 16 il sonra baş verəcək.

Hər iki əfsanənin komandası mübarizəni 1/8 finalda dayandırıb. Ronaldu və Messinin heç birinin olmadığı 1/4 finala sonuncu dəfə 2004/05 mövsümündə təsadüf edilib. Həmin vaxt Messili “Barselona” 1/8 finalda “Çelsi”yə (2:1, 2:4), Ronaldulu “Mançester Yunayted” “Milan”a (0:1, 0:1) uduzmuşdu.

Qeyd edək ki, cari mövsümün 1/8 finalında “Barselona” PSJ (1:4, 1:1), “Yuventus” “Porto” (1:2, 3:2) səddini keçə bilməyib.

Bənzər yazılar

Back to top button