Cəmiyyət

Nikahların sayı azalıb, boşanmalar artıb

Dövlət Statistika Komitəsinun məlumatına görə, 2023-cü il mart ayının 1-nə ölkə əhalisi 10 135 373 nəfər olib.

Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Hazırda orta hesabla hər 1000 kişiyə 1010 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri bu ilin yanvar-fevral aylarında ölkədə 19158 yeni doğulmuş körpə qeydə alıb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 610-u əkiz, 45-i üçəm olub.

Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 7541 nikah və 3014 boşanma halı qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 5,9-dan 4,6-ya enib, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.

Bənzər yazılar

Back to top button