Hadisə

Tanınmış iş adamına cinayət işi açıldı, axtarışa verildi (FOTO)

İş adamı Şərif Salmanova cinayət işi açılıb.

AzToday.az “Qafqazinfo”ya istinadən məlumatına görə, xaricdə təhsil şirkətlərinin rəhbəri kimi tanınan Ş.Salmanova Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq-külli miqdarda ziyan vurmaqla), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312.2-ci (Rüşvət vermə) maddələri ilə ittiham elan edilib. Onun barəsində çoxsaylı vətəndaş şikayətlərinin olduğu bildirilir.

Qeyd edək ki, “İTCC” və “Bakı Training mərkəzi”nin rəhbəri olan Ş.Salmanov tez-tez televiziya proqramlarına ekspert kimi də dəvət edilib.

Bənzər yazılar

Back to top button