GündəmHadisə

Qardaşı Rafiq Tağının qətlinin araşdırılması üçün DTX-ya müraciət etdi

11 il öncə qətlə yetirilən yazıçı-publisist Rafiq Tağının yaxınları qətllə bağlı açılmış cinayət işinin yenilənməsini istəyib.

“Azadlıq” xəbər verir ki, Rafiq Tağının qardaşı İlqar Tağı müvafiq qurumlara müraciət edib.

O, yeni istintaq qrupunun yaradılmasını və qətlin araşdırılmasını tələb edib:

“İstintaqı daha dərin aparmaq laızm idi. Səthi aparıldı. Ona görə də, istintaq nəticə vemədi, yaxud da nəticələri qəsdən gizlədildi. Hesab edirəm ki, Fazil Mustafaya edilən sui-qəsddən sonra Rafiq Tağının istintaqı da yenilənməlidir. Təzə istintaq qrupu müəyyənləşdirilməlidir. DTX, Baş Prokurorluq və DİN-dən ricam budur ki, Rafiq Tağının məsələsinə təzə istintaq qrupu təşkil edilərək yenidən baxılsın”.

Qeyd edək ki, yazıçı R.Tağı 2011-ci ilin noyabrında işdən evə gedərkən yolda bıçalanıb.

Əməliyyatdan sonra vəziyyəti bir müddət stabilləşən yazıçı bu ərəfədə jurnalistlərin suallarını cavablandırıb, hücumun “İran və Qloballaşma qaçınılmazlığı” məqaləsi ilə bağlı ola biləcəyini qeyd edib.

O, 4 gün sonra -2011-ci il noyabrın 23-də Bakının 1 saylı xəstəxanasında vəfat edib.

R.Tağının qətli ilə bağlı başlanmış istintaq işi təxmini 2 il sonra dayandırılıb.

Rəsmi izahda cinayəti törədənin müəyyən edilməməsi göstərilib.

Məsələ ilə bağlı Baş Prokurorluğa edilən müracitələr nəticəsiz olub.

Bənzər yazılar

Back to top button