İdman

Braziliya 1/4 finalda

Rusiyada keçirilən dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün 1/8 finalda daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə Braziliya ilə Meksika qarşılaşıb. E qrupunu lider olaraq tamamlayan “sambaçılar” F qrupunun ikincisi ilə matçda 1/4 finala vəsiqəni təmin edir – 2:0.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, bundan əvvəl Fransa, Uruqvay, Rusiya və Xorvatiya 1/4 finala vəsiqə qazanıb. Fransa 1/4 finalda Uruqvay, Rusiya Xorvatiyanı sınağa çəkəcək.

DÇ-2018
1/8 final
2 iyul

Braziliya – Meksika 2:0
Qollar: Neymar, 51. Firmino, 88.
Braziliya: 1. Alisson, 2. Tiaqo Silva (k), 3. Miranda, 5. Kasemiro, 6. Felipe Luis, 9. Qabriel Jezuş, 10. Neymar, 11. Filip Koutinyo, 15. Paulinyo, 19. Villian, 22. Faqner.
Ehtiyat oyunçular: 16. Kassio, 23. Ederson, 4. Jeromel, 7. Duqlas Kosta, 8. Renato Auqusto, 12. Marselo 13. Markinyos, 14. Danilo, 17. Fernandinyo, 18. Fred, 21. Tayson, 20. Firmino.
Baş məşqçi: Tite.
Meksika: 13. Gilyermo Oçoa, 2. Uqo Ayala, 3. Karlos Salsedo, 4. Rafael Markes, 11. Karlos Vela, 14. Xavyer Ernandes, 16. Ektor Errera, 18. Andres Quardado (k), 21. Edson Alvares, 22. İrvinq Lozano, 23. Xesus Qalyardo.
Ehtiyat oyunçular: 1. Xose Korona, 5. Erik Qutyerres, 6. Conatan Dos Santos, 7. Migel Layun, 8. Marko Fabian, 9. Raul Ximenes, 10. Covanni Dos Santos, 12. Alfredo Talavera, 15. Ektor Moreno, 17. Xesus Korona, 19. Oribe Peralta, 20. Xavyer Akinyo.
Baş məşqçi: Xuan Karlos Osorio.
Hakimlər: Canluka Rokki, Elenito Di Liberatore, Mauro Tonolini (İspaniya), Antonio Migel Mateu Laos, Pau Sebrian Devis (İspaniya).
Samara. “Kosmos Arena”.

Bənzər yazılar

Back to top button