Siyasət

Tehranın etirazına baxmayaraq, İsrailin xarici işlər naziri Bakıya gəlir

Aprelin 19-da İsrailin xarici işlər naziri Eli Koen Bakıya gələcək. O, Azərbaycan-İsrail hökumətlərarası komissiyasının iclasında iştirak edəcək.

İsrail Xarici İşlər Nazirliyinin saytındakı məlumatda deyilir ki, Koen iqtisadi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr aparmaq üçün böyük nümayəndə heyətinə rəhbərlik edəcək.

Xatırladaq ki, martın 29-da Azərbaycan Təl-Əvivdə öz səfirliyini açıb ki, bu da Tehranın kəskin mənfi reaksiyasına səbəb olub. Bakının İsraillə yaxınlaşmaqdan imtina etmək üçün İran rejiminin Bakıya təzyiq cəhdləri Azərbaycan-İran münasibətlərini daha da gərginləşdirib.(Turan)

Bənzər yazılar

Back to top button